Xammalın girişindən istehlakına qədər hər mərhələdə:
- Keyfiyyət və Qida təhlükəsizliyi tələblərinə uyğun məhsul istehsal etmək üçün Dövlət qanunlarını, Milli və Beynəlxalq Standartların tələblərini bütün işçilərin iştirakı ilə tətbiq etmək və effektivliyini davamlı yaxşılaşdırmaq,
- Qida zənciri boyunca məhsulun təhlükəsizliyini təmin etmək,
- Beynəlxalq standartlar üzrə idarəetmə sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə, müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq, bununla da standartlara uyğun yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək,
- Gigiyena, ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik qaydalarına əməl etməklə lider müəssisə olmaq,
- İşçilərin bilik, bacarıq və peşə təcrübələrini həvəsləndirmə və tədris yolu ilə artırmaq,
- Müştəri məmnuniyyətini təmin edərək, davamlı yaxşılaşdırmalar aparmaq,
- Fəaliyyətimiz zamanı risk və aspektləri dəyərləndirərək, müvafiq tədbirlər görmək və etibarlı bir iş mühiti yaratmaq, onun qorunması üçün tədbirlər almaq.