emeyin-muhafizesi-ve-texniki-tehlukesizlik-felsefesi

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Sistemi həyata keçirilərək, vaxtaşırı yoxlanılır və lazımi tədbirlər görülür.
Bu məqsədlə:
· Azərbaycan Respublikası Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qanunlarına riayət edir,
· Hər bir əməkdaş Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik kursları ilə təmin olunur və kurslar vaxtaşırı təkrarlanır,
· Əmələ gələn peşə xəstəlikləri və iş qəzaları statistik analiz edilir və təkrarlanmaması üçün təkmilləşdirici təkliflər dəyərləndirilir,
· Peşə xəstəliklərinin və hər hansı bir qəzaların baş verməməsi üçün, risklər dəyərləndirilir, aparılan işlər müşahidə olunur və lazımi tədbirlər görülür.
· Çıxabiləcək təhlükələrin ən qısa zamanda və az zərərlə aradan qaldırılması üçün fövqəladə hallara qarşı tədbirlər görülür.
· Layihələndirmə mərhələsində yeni məhsul, avadanlıq və proseslər Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik baxımından dəyərləndirilir.
· Əməkdaşlar və Podratçı təşkilatlar Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qanunlarına cəlb edilir, nəzarət altında qanunlara riayət olunması tələb olunur.
· Risklərin minimala endirilməsi üçün, bütün əməkdaşların iştirakı ilə həvəsləndirici tədbirlər həyata keçirilir.
· Görülən Texniki Təhlükəsizlik tədbirləri Azərbaycan Respublikası Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik tələblərinə əsasən sənədləşdirilir.